...

Erməni hərbçiləri atəşkəsi yenidən pozdu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2007 11:30 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini yenidən pozub. Trend in bölgə müxbirinin verdiyi məlumata görə, erməni hərbi birləşmələri Cəbrayıl rayonunun işğal altında olan Mehtili kəndindən axşam saat 23:30 radələrindən başlayaraq Azərbaycan Milli Ordusunun üzbəüz mövqelərini 40 dəqiqə ərzində qısa fasilələrlə atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub, ölən və yaralanan yoxdur.

Xəbər lenti

Xəbər lenti