...

BMT Azərbaycan hökumətini məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün səyləri davam etdirməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Aprel 2007 18:39 (UTC +04:00)
BMT Azərbaycan hökumətini məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün səyləri davam etdirməyə çağırır

Azərbaycan, Bakı/ Trend müxbir S.Aqayeva/ "Azərbaycanın məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyəti qənaətbəxşdir və biz hökuməti bu səyləri davam etdirməyə çağırırıq",-deyə BMT baş katibinin məcburi köçkünlərin hüquqları üzrə nümayəndəsi Valter Kalin cümə günü Azərbaycana səfərinin yekununa həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, səfəri çərçivəsində hökumət üzvləri və ölkə rəhbərləri ilə görüşlər keçirib, məcburi köçkünlərin məskunlaşdığı düşərgələrə baş çəkib. "Azərbaycan dünyadakı ən ciddi problemlərdən biri olan məcburi köçkünlər problemindən əziyyət çəkir",-deyə o bildirib.

BMT baş katibinin təmsilçisi məcburi köçkünlərin hüquqlarının müdafiəsi ilə bağlı məsələ ətrafında vəziyyətin yaxşılaşdırlması ilə bağlı dünya ictimaiyyətinin işi ilə bağlı Azərbaycan hökumətinin mövqeyini bölüşüb. Kalin yaxın zamanlarda məcburi köçkünlərin öz torpaqlarına qayıdacağına və bu işdə dünya ictimaiyyətinin Azərbaycanı dəstəkləyəcəyinə ümid etdiyini bildirib.

BMT katibinin nümayəndəsi həmçinin məcburi köçkünlərin məşğulluğu ilə bağlı məsələyə də toxunub və bildirib ki, BMT qurumları bu sahədə layihənin həyata keçirillməsində hökumətlə birgə hərəkət etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti