...

XİN: "ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana gələn həftə səfər edəcəklər"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 May 2007 12:37 (UTC +04:00)

ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə Ermənistana səfər edəcəklər. Bu barədə cümə axşamı günü " ARKA " agentliyinə Ermənistan XİN-in mətbuat katibinin səlahiyyətlərini icra edən Vladimir Karapetyan məlumat verib.

Onun sözlərinə görə, Ermənistan XİN başçısı Vardan Oskanyan mayın 11-də Strasburqda həmsədrlərlə görüşündə ölkəsinin vasitəçilərin bundan öncəki görüşdə təklif etdiyi sənədlə bağlı yanaşmasını və mövqeyini açıqlayıb.

"Həmsədrlərin Yerevana səfəri zamanı Ermənistanın mövqeyi ilə bağlı müzakirələr davam etdiriləcək " - deyən Karapetyan əlavə edib ki, hazırda vasitəçilərin Ermənistandakı görüşlərinin qrafiki müəyyənləşdirilir.

Ermənistan XİN sözçüsü qeyd edib ki, həmsədrlərin Yerevana səfəri həmçinin Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili məqsədini daşıyır.

Güman olunur ki, prezidentlərin görüşü Sankt-Peterburqda baş tutacaq. Burada iyun ayında iqtisadi sammitin keçiriləcəyi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti