...

Moskva turizm sərgisində Dağlıq Qarabağ növbəti dəfə təmsil olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 May 2007 16:12 (UTC +04:00)
Moskva turizm sərgisində Dağlıq Qarabağ növbəti dəfə təmsil olunub

Rusiya,Moskva/müxbir Trend R.Ağayev/Moskva turizm sərgisində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu üçün ayrıca pavilyon təqdim olunub. Cümə axşamı Moskvada "Qostinıy dvor" sərgi mərkəzində açılmış 7-ci beynəlxalq turizm yarmarkasında Dağlıq Qarabığ ayrıca coğrafi region kimi ayrıca stenddə təqdim olunub. Bu barədə Trend in xüsusi müxbiri sərgidən məlumat verib.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycan ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və bu vaxta qədər ATƏT-in MQ-nin himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə aparılan sülh danışıqları hələ ki, heç bir nəticə vermir.

Moskva forumuna bir həftə qalmış Azərbaycan diaspor təşkilatları rəhbərləri (RF-də Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti və Azərbaycan Gənclərinin Koordinasiya Şurası) Moskva şəhərinin turzim üzrə Komitəsinə Dağlıq Qarabağın sərgidə nəinki "respublika" kimi, həmçinin müstəqil region kimi də təmsil olunmaq səlahiyyətinin olmaması haqqında məlumat verdiyi məktub göndərib.

Müraciətdə ötən 6-cı Mokva sərgisində (13 may 2006-cı il) bu cür addımın mənfi nəticələri xatırlanıb. Həmin sərgidə işğal olunmuş region öz müstəqilliyini elan etmiş "Dağlıq Qarabağ Respublikası" kimi təqdim olunmuşdur.

Sərgidə Azərbaycan diaspor təşkilatlarının fəalları "DQR" kimi adlandırılmış pavilyonun təqdim olunmasının qarşısını almağa çalışmış və bu da mübahisə və toqquşmalara səbəb olmuşdur.

Müraciətdə qeyd olunub ki, Dağlıq Qarabağ pavilyonunun olması barədə qərar mənfi nəticələr yarada bilər və buna görə də məsuliyyət Moskva şəhər turzim komitəsinin üzərinə düşəcək. Turizm komitəsi nümayəndəsi cavab telefon zəngində məlumat verib ki, bu dəfə Dağlıq Qarabağ respublika kimi təqdim olunmayacaq və stenddə heç bir dövlət atributu olmayacaq. Azərbaycan tərəfi isə diaspor təşkilatları qismində Dağlıq Qarabağ pavilyonunun tamamilə ləğv olunmasında təkid etmişlər.

Dağlıq Qarabağ turizm sərgisində həqiqətən də respublika kimi deyil, coğrafi region kimi təqdim olunub. Lakin pavilyonda Azərbaycanın məişət əşyaları, geyimləri, şərabı erməni əşyaları kimi təqdim olunub. 18-19 mayda Azərbaycan stendinin rəsmi təqdimatı ilə yanaşı Dağlıq Qarabağ haqqında ayrıca stendin təqdimatı da planlaşdırılır. Azərbaycan diaspor təşkilatlarının fəalları buna qarşı çıxmaq niyyətində olduqlarını bəyan edib.

Xəbər lenti

Xəbər lenti