...

Deputat Qənirə Paşayeva: "Bakının erməni işğalından azad olunmasının 90 illiyi ilə əlaqədar parlamentdə komissiya yaradılmalıdır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 May 2007 14:39 (UTC +04:00)
Deputat Qənirə Paşayeva: "Bakının erməni işğalından azad olunmasının 90 illiyi ilə əlaqədar parlamentdə komissiya yaradılmalıdır"

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin cərşənbə axşamı keçirilən iclasında deputat Qənirə Paşayeva bildirib ki, qarşıdan Bakı şəhərinin erməni işğalından azad olunmasının 90 illiyi gəlir. O qeyd edib ki, Azərbaycan bu tarixi hadisəni geniş şəkildə qeyd etməlidir. Eyni zamanda, ermənilərin işğalçı siyasətinin ifşa olunması məsələsində bu faktandan geniş şəkildə istifadə olunmalıdır. Paşayeva hesab edir ki, bu işləri görmək üçün Milli Məclisdə qrup yaradılmalıdır: "Azərbaycan bu tarixi hadisənin ildönümünə ciddi şəkildə hazırlaşmalıdır".

Millət vəkilinin fikrincə, erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmaq üçün Azərbaycanda soyqırım muzeyi yaradılmalıdır, ölkəmizə səfər edən xaricilər həmin muzeyə aparılmalı və ermənilərin törətdikləri vəhşiliklər əyani sübutlarla onlara göstərilməlidir.

Paşayeva Azərbaycan gəncliyinin vətənpərvərliyinin aşağı səviyyədə olduğunu bildirib və bunun aradan qaldırılması üçün gənclər arasında xüsusi işin aparılmasının vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti