...

Politoloq: "Minsk qrupu həmsədrləri yalnız texniki işlərlə məşğul olur"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 May 2007 14:29 (UTC +04:00)
Politoloq: "Minsk qrupu həmsədrləri yalnız texniki işlərlə məşğul olur"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ probleminin həlli istiqamətində yalnız texniki işlərlə məşğul olur. Onların nəinki Azərbaycan və Ermənistan prezidentlərinə, heç xarici işlər nazirlərinə təsir etmək imkanları yoxdur. Bu bəyanatla cümə axşamı "Qarabağ dünən, bu gün və sabah" mövzusunda keçirilən konfransda müstəqil politoloq Rasim Musabəyov çıxış edib.

Musabəyov bildirib ki, həmsədrlərin regiona növbəti səfərindən hər hansı nəticə gözləmək sadəlövhlük olardı. Politoloq hesab edir ki, Azərbaycan iqtidarı və cəmiyyəti Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir güzəştə getməyəcək.

"Əhali arasında aparılan sorğu nəticəsində məlum olub ki, Azərbaycan xalqının 75 faizdən çoxu Dağlıq Qarabağ probleminin həllində hər hansı güzəştə getməyə razı deyil" - deyə müstəqil politoloq əlavə edib.

Musabəyovun fikrincə, Azərbaycan bu sahədə vəziyyəti dəyişmək üçün iqtisadi, hərbi gücünü nümayiş etdirməlidir. Bu, danışıqların nəticəsinə müsbət təsir edər.

Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfəri başlayıb.

Xəbər lenti

Xəbər lenti