...

Avropa Şurasının baş katibi: Dağlıq Qarabağ Ermənistanın bir hissəsi deyil

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyun 2007 13:16 (UTC +04:00)
Avropa Şurasının baş katibi: Dağlıq Qarabağ Ermənistanın bir hissəsi deyil

"A1+" agentliyinə müsahibəsində Avropa Şurasının Baş Katibi Terri Devis Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini növbəti dəfə bildirib. "Qarabağ Ermənistanın bir hissəsi deyil. Gücüstanda da ermənilər yaşıyır, bu, Gürcüstanın da həmin hissəsinin Ermənistana aid olduğunu söyləməyə əsas verimir",-deyə o söyləyib.

Devis qeyd edib ki, bu gün "Dağlıq Qarabağ Respublikası" adlandırılan yer Azərbaycanın bir hissəsidir və istila edilmiş ərazi sayılır. Avropa Şurası baş katibinin sözlərinə görə, Qarabağ məsələsi danışıqlar yolu ilə həll olunmalıdır.

"Mən həmişə ATƏT-in Minsk qrupunun işinə kömək etmişəm. Lakin mən də Minsk qrupunun məsələnin həllini həddindən çox uzun müddət axtardığını deyənlərlə razıyam",-deyə Devis yekunlaşdırıb.

Qondarma "DQR"-də baş tutacaq prezident seçkilərini şərh edən Avropa Şurasının baş katibi seçkilərin Ermənistandan başqa Avropa ölklərinin heç biri tərəfindən tanınmayacağını bildirib. O həmçinin əlavə edib ki, həm Ermənistanda, həm də Azərbaycanda çoxları səbirsizliklə bu problemin həllini gözləyir.

Xəbər lenti

Xəbər lenti