...

Azərbaycanın müdafiə naziri: "Ermənistan rəhbərliyi erməni xalqının müstəqilliyini təhlükə altında qoyub"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyun 2007 19:16 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri: "Ermənistan rəhbərliyi erməni xalqının müstəqilliyini təhlükə altında qoyub"

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizade/ Ermənistan dövlətinin rəhbərliyi erməni xalqının onsuz da şərti olan müstəqilliyini təhlükə altında qoyub. Bu bəyanatla bazar ertəsi Bakıda Azərbaycanın müdafiə naziri Səfər Əbiyev çıxış edib.

Azərbaycan ordusunun yaranmasının 89-cu ildönümü münasibətilə keçirilən tədbirdə nazir bildirib ki, erməni xalqı Ermənistan rəhbərliyini bu səhv yoldan çəkindirmək üçün ona təzyiq etməlidir: "Əks təqdirdə Azərbaycan Silahlı Qüvvələri işğal olunan torpaqları azad edəcək".

Nazir qeyd edib ki, Ermənistan destruktiv mövqe tutduğuna görə, aparılan danışıqlar heç bir nəticə vermir.

Əbiyev Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar haqda da məlumatlar verib. Qeyd edib ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin böyük hazırlığı vahid plan əsasında həyata keçirilir. "Azərbaycan xalqı Silahlı Qüvvələrə ölkənin ərazi bütövlüyünü hər an bərpa etməyə hazır olan qüvvə kimi baxa bilər",- deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti