...

ATƏT PA prezidenti: "Dağlıq Qarabağ münaqişəsi üzrə razılaşma imzalanmağa hazırdır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyul 2007 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində alternativ kimi yeni müharibə təsəvvürəgəlməzdir. Kiyevdə ATƏT PA-nın 16-cı illik toplantısı ərəfəsində çıxış edən ATƏT-in Parlament Assambleyasının prezidenti Qoran Lenmarker bəyan edib ki, münaqişənin sülh yolu ilə həll olunması həm Azərbaycan, həm də Ermənistana çox xeyir verəcək.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və bu vaxta qədər ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları aparılır.

"Hər iki tərəfdən 100 minlərlə qaçqın və köçkün öz torpaqlarına qayıda və normal həyatlarını bərpa edə bilərlər. Sülh razılaşmasının köməyi ilə hər iki ölkə, həmçinin Gürcüstan təhlükəsiz, demokratik və çiçəklənən region yarada bilər" - deyə Lenmarker bildirib.

Onun sözlərinə görə, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə ATƏT-in Minsk qrupu bütün iştirakçıların əsas maraqlarına dair razılaşma layihəsi təqdib edib. Lenmarker qeyd edib ki, əgər iki ölkə liderinin siyasi iradəsi olarsa, bu sənəd imzalanmağa hazırdır.

O qeyd edib ki, Avropa Ukrayna, Belarus, Qafqaz və Mərkəzi Asiyada baş verənlərə xüsusi diqqət ayırır. "Münaqişələrin həll olunmasında biz təcrid olunma və sükut əvəzinə əməkdaşlıq və dialoqa üstünlük veririk" - deyə o bildirib.

Lenmarker ATƏT PA-nın Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi olarkən Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllində öz fəal rolunu qeyd edib. "Mən Qafqaza sonuncu səfərimdən sonra bu münaqişənin həllində "qızıl imkanlar" olması haqqında bildirmək istərdim. Mən buna həmişə olduğundan daha çox inanıram" - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti