...

Mətbuat Şurasının sədri: "Ziyalılarımızın Dağlıq Qarabağa səfəri lazımlıdır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyul 2007 17:01 (UTC +04:00)
Mətbuat Şurasının sədri: "Ziyalılarımızın Dağlıq Qarabağa səfəri lazımlıdır"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/Azərbaycan Mətbuat Şurasının sədri bir qrup azərbaycanlı ziyalının Dağlıq Qarabağa səfərini təqdir edir. Bu barədə Mətubat Şurasının sədri Əflatun Amaşov açıqlama verib.

O bildirib ki, bu kimi səfərlər lazımlıdır: "Bu gün bütün dünyanın gözü bizdədir. Əgər biz ermənilərlə bir yerdə dinc şəraitdə yaşamağa razıyıqsa, Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız kimi qəbul ediriksə, onda Dağlıq Qarabağa səfər etməkdə pis heç nə yoxdur. Əksinə, mənim öz şəxsi fikrim belədir ki, belə səfərlər lazımlıdır. Azərbaycanın sivil, sülhpərvər mövqeyi ziyalılarımızın simasında bir daha nümayiş etdirildi"-deyə Amaşov qeyd edib.

O həmçinin bildirib ki, Qarabağa səfər edən azərbaycanlı ziyalıların ünvanına son günlərdə səslənən ittihamlar, təhqirlər yolverilməzdir. Amaşovun sözlərinə görə, Mətbuat Şurası buna etiraz olaraq bəyanat qəbul edib. Şura hər bir sağlam tənqidi fikri normal qəbul edir, amma internetdə həmin ziyalıların ünvanına xoşagəlməz sözlərin, ittihamların yazılmasına etirazını bildirir.

Xatırladaq ki, Azərbaycanın və Ermənistanın Rusiyadakı səfirlərinin rəhbərliyi ilə bir qrup azərbaycanlı və erməni ziyalıları Dağlıq Qarabağda, sonra Ermənistanda səfərdə olublar. Nümayəndə heyətləri Şuşa olub, Xankəndində erməni separatçılarının başçısı Arkadi Qukasyanla, Ermənistanda prezident Robert Koçaryanla, sonda isə Bakıda prezident İlham Əliyeavlə görüş keçiriblər.

Səfərdə olan azərbaycanlı ziyalılar arasında Mətbuat Şurasının İdarə heyətinin üzvü Kamal Abdulla da olub.

Xəbər lenti

Xəbər lenti