...

Amerikalı həmsədr: Uzun illər boyu ATƏT-in Minsk qrupunun fəaliyyəti əbəs yerə olsa, biabırçı olardı (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Avqust 2007 19:27 (UTC +04:00)
Amerikalı həmsədr: Uzun illər boyu ATƏT-in Minsk qrupunun fəaliyyəti əbəs yerə olsa, biabırçı olardı (video)

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ Uzun illər boyu ATƏT-in Minsk qrupunun fəaliyyəti əbəs yerə olsa, biabırçı olardı. Bunu cümə axşamı Bakıda ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayza bildirib.

O söyləyib ki, 2008-ci il prezident seçkilərinə qədər tərəflər razılığa gəlməlidirlər. Brayza növbəti dəfə bəyan edib ki, münaqişənin tənzimlənməsi iki dövlət başçısının qərarından asılıdır. Həmsədr əlavə edib ki, Azərbaycan və Ermənistan ziyalılarının səfərləri daha dövri olmalıdır.

"Dağlıq Qarabağ münaqşəsinin tənzimlənməsində kompromisə nail olmaq olar və biz buna çox yaxınıq. Nəyəsə nail olmaq üçün dövlətlər itgi verməlidirlər" - deyə Brayza qeyd edib.

Xəbər lenti

Xəbər lenti