...

Azərbaycan Müdafiə Nazirliyi: "Ermənilər bütün cəbhə boyu atəşkəsi pozublar"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Avqust 2007 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Avqustun 6-da və 7-də müxtəlif saatlarda Ermənistan Silahlı Qüvvələri tərəfindən fasiləsiz olaraq atəşkəs rejimi pozulub. Bu barədə çərşənbə axşamı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, atəşkəsin pozulması Ağdam rayonunun Şıxlar, Mərzilli, Tərtər rayonunun Karmiravan, Goranboyun Tapqaraqoyunlu , Gülüstan kəndlərində, Daşkəsən rayonunun Arçınqıldağ dağında, Füzuli rayonunun Qərvənd və Xocavənd rayonunun Kuropatika kəndlərində daha geniş şəkil alıb.

Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini əsasən avtomat və pulemyotlardan aramsız atəşə tutublar. Cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Buna baxmayaraq, Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində atəşkəs tez-tez pozulur.

Xəbər lenti

Xəbər lenti