...

Müdafiə Nazirliyi: "Ermənistan Silahlı Qüvvələri Ağdam, Goranboy və Tərtər istiqamətində atəşkəsi pozublar"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Avqust 2007 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam, Goranboy və Tərtər rayonları istiqamətində atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 12-də saat 22.05-dən avqustun 13-ü saat 04.40-dək Ağdamın Cəvahirli, Başqərvənd, Kəngərli, Acar kəndlərinin ətrafında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonda yerləşən Çıraqlı, Əhmədağalı, Sarıcalı və Məmmədbağırlı kəndlərinin yaxınlığındakı mövqelərimizə, Goranboy rayonunun Tapqaraqoyunlu və Tərtər rayonunun Həsənqaya kəndinin ətrafında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub. Cavab atəşi ilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti