...

Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunda törətdiyi yanğınlar nəticəsində təbiətə dəyən ziyan müəyyənləşib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Avqust 2007 13:26 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Tərtər rayonunun işğal olunmuş ərazilərində və qoşunların təmas xəttində son iki gündə törətdiyi yanğınlar nəticəsində təbiətə 10 milyon 373 min 947 manat ziyan dəyib. Bu barədə cümə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsində yaradılan monitorinq qrupunun rəhbəri Vaqif Əliyev məlumat verib.

Erməni hərbçilərinin avqustun 20 və 21-də Tərtər rayonunun Talış, Həsənqaya, Şixarx, Borsunlu, Qaynaqaziyyan , Çaylı kəndinin yuxarı hissəsində törətdiyi yanğınlar nəticəsində fauna və floraya, torpağın üst münbit qatına, atmosferə ziyan dəyib.

Əliyev bildirib ki, iki gündə 9 min hektar ərazinin otlaq sahəsində yanğınların törədilməsi nəticəsində 141 min 570 manat, 20 hektar ərazinin yanması nəticəsində 22 min ağac zədələnib və 21 min 780 manat, fauna və floraya 28 min 643 manat ziyan dəyib. Həmçinin yanğınlarla bağlı torpağın üst münbit qatının 2 mm qalınlığı, eni 3, uzunluği isə 30 kilometr ərazi tamamilə məhv edilib və 9 mln. 900 min manat ziyan dəyib.

Tərtər paytaxt Bakıdan 350 kilometr cənub-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti