...

İşğal olunmuş ərazilərdə yeni yanğınlar törədilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Avqust 2007 20:52 (UTC +04:00)

Azərbaycan, Bərdə/ Trend müxbir Ş.Cəliloğlu/ Bu gün saat 17-00-dan başlayaraq erməni silahlı qüvvələri Ağdam rayonunun işğal olunmuş ərazilərində yenidən yanğınlar törətməyə başlayıblar. Trendin regional müxbirinin verdiyi məlumata görə, erməni hərbi birləşmələri işğal altında olan "Gülçülük" sovxozu və "Atçılıq zavodu" ərazisindəki quru otlaq sahələrinə od vurublar. İki saata qədər davam edən şiddətli yanğın daha sonra dağlıq ərazilərə doğru istiqamət alıb. Hazırda ərazidə tüstü və duman müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti