...

Gürcüstan şirkəti Azərbaycanın işğal altında olan ərazilərində qızıl hasilatın a dair danışıqlara başlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Avqust 2007 17:16 (UTC +04:00)
Gürcüstan  şirkəti Azərbaycanın işğal altında  olan   ərazilərində  qızıl  hasilatın a dair danışıqlara başlayıb

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Rusiyanın "Sənaye İnvestorları" Maliyyə Sənaye Qrupuna daxil olan Gürcüstanın "Madneuli" şirkəti Ermənistan hökuməti ilə Azərbaycanın işğal altında olan Kəlbəcər bölgəsinin "Söyüdlü" qızıl yatağının istismarına dair danışıqlara başlayıb. Bu barədə bazar ertəsi Trend ə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ekologiya təbiəti mühafizəsi siyasəti şöbəsinin məsləhətçisi Arif İsgəndərov məlumat verib.

Onun sözlərinə görə, Ermənistan hökuməti ilə qızıl yatağının istismarına dair son sövdələşmələr İngiltərədə aparılıb və bu danışıqlara Sənaye Qrupuna daxil olan Gürcüstanın "Madneuli" şirkəti başçılıq edir.

Son 40 ildə "Madneuli" şirkətlər qrupu Gürcüstan iqtisadiyyatının əsas elementlərindən biri və dağ-mədən və emalı sənayesinin liderlərindən biridir. "Madneuli" şirkəti səhmlərinin 97, 25 faizini Rusiyanın "Sənaye İnvestorları" Maliyyə Sənaye Qrupuna daxil olan İngiltərənin Stanton Equities Corporation şirkəti alıb. "Madneuli" Ermənistandakı "Ararat" qızıl emalı şirkətinin alınması ilə bağlı da danışıqlar aparıb.

"Sənaye İnvestorları" Maliyyə Sənaye Qrupuna İngiltərə ilə yanaşı, Hindistan şirkətləri də daxildir.

Kəlbəcərin "Söyüdlü" qızıl yatağının istismarı ilə bundan öncə Kanadanın "First Dynasti Mines" ("FDM") şirkəti məşğul olub. Şirkət yataqdan son 4 ildə 13 tona yaxın qızıl hasil edib. "FDM" şirkəti bu ilin sonuna qədər Ermənistanın qızılçıxarma sahəsinə daha 12 milyon dollar məbləğində sərmayə yatırmağı nəzərdə tutsa da, Ermənistan hökuməti arasında yaranan iqtisadi qalmaqala görə, fəaliyyətini dayandırıb. "FDM" şirkəti ötən ilə qədər Dağlıq Qarabağ bölgəsində qızılçıxarma sahəsinə 22,1 milyon dollar məbləğində sərmayə yatırıb. "FDM" şirkəti bütövlükdə, Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində aparılan geoloji-kəşfiyyat işlərinə isə 4 milyon dollar məbləğində sərmayə ayırıb.

Ermənistan hökuməti Azərbaycanın işğal etdiyi ərazilərdə qızılçıxarma sahəsinə yeni sərmayələrin yatırılması məqsədi ilə Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyası və digər xarici banklarla danışıqlar aparır.

"Söyüdlü" yatağının 73%-i Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Kəlbəcər ərazisində yerləşir. Yatağın istismarı 1992-ci ildə dayandırılsa da, 1996-cı ildə ABŞ mütəxəssisləri geoloji kəşfiyyat işlərinə başlayıb. Həmin tədqiqatlar nəticəsində yataqda 40 tondan artıq qızıl aşkarlanıb və 1997-ci ilin sentyabr ayında filizçıxarma işlərinin aparılması üçün Ermənistanın Sənaye və Ticarət Nazirliyi ilə "FDM" arasında 63,3 milyon dollar məbləğində müqavilə imzalanıb. "FDM"-in aktivləri Markus Randolfun rəhbərlik etdiyi "Sterlite Gold LTD" şirkətinə məxsusdur. 1998-ci il "FDM" Ermənistanın "Ararat Gold Recovery Company" dövlət təşkilatının səhmlərinin 50%-ni alaraq qızılçıxarma işlərinə başlayıb. 2002-ci ildə səhmlərin qalan 50%-ni də alaraq həmin şirkətin tamhüquqlu sahibi olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib ki, Azərbaycanın Gürcüstandakı səfirliyi hazırda məsələni araşdırır.

Xəbər lenti

Xəbər lenti