...

Azərbaycan parlamenti: "AŞPA məruzəçisinin regiona səfəri Azərbaycanın etirazından sonra təxirə salınıb"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Avqust 2007 18:05 (UTC +04:00)
Azərbaycan parlamenti: "AŞPA məruzəçisinin regiona səfəri Azərbaycanın etirazından sonra təxirə salınıb"

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, Elm və Təhsil Komitəsinin Cənubi Qafqazda mədəni irsin durumu üzrə məruzəçisi Edvard Oharanın bu bölgəyə səfəri Azərbaycanın etirazından sonra təxirə salınıb. Bu barədə cümə günü Azərbaycanın Milli Məclisindən açıqlama verilib.

Oharanın avqustun 28 - dən sentyabrın 6 -dək Cənubi Qafqaza səfəri çərçivəsində işğal olunmuş Dağlıq Qarabağa da getməsi nəzərdə tutulmuşdu. Lakin ermənilərin məruzəçinin Dağlıq Qarabağa marşrutunun məhz Ermənistan ərazisindən (İrəvandan avtomobillə) seçmələri Azərbaycan tərəfinin narazılığına səbəb olub. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu qurumun baş katibi Mateo Sorinasa rəsmi Bakının mövqeyini çatdırıb. Səmədov Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bütün beynəlxalq təşkilatlar tərəfindən tanındığını vurğulayıb.O xatırladıb ki, işğal altında olan Azərbaycan ərazilərinə səfər edən hər hansı beynəlxalq missiyaya yalnız rəsmi Bakının razılığı əsasında, ancaq Azərbaycanın nəzarəti altında olan ərazilərdən keçməklə səfər etmək hüququ verilir. Səmədov bildirib ki, Azərbaycan bu mövqeyini heç bir şərt altında dəyişməyəcək.

"Nəticədə, AŞPA erməni tərəfinin qeyri-konstruktiv, əsassız mövqeyini dəstəkləməyib və səfrəin başqa bir vaxta təxirə salınmasına qərar verib"-deyə Azərbaycan parlamentindən məlumat verilib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağ onun və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti