...

NATO-nun xüsusi nümayəndəsi Cənubi Qafqaz ölkələrinə səfərə çıxacaq

Siyasət Materials 11 Sentyabr 2007 19:48 (UTC +04:00)
NATO-nun xüsusi nümayəndəsi Cənubi Qafqaz ölkələrinə səfərə çıxacaq

Azərbaycan, Bakı / Trend , müxbir A.İsmayılova, E.Hüseynov/ NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simons sentyabrın 26-27-də Azərbaycana gələcək. Bu barədə çərşənbə axşamı telefonla Robert Simonsun Brüsseldəki ofisindən məlumat verilib.

Səfər regional xarakter daşıyır. Simons sentyabrın 24-26-də Ermənistanda olacaq. Burada onun yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşü planlaşdırılıb. 26-27 Sentyabrın 26-27-də isə xüsusi nümayəndə Gürcüstana, oradan isə Azərbaycana səfər edicək.

Səfər zamanı Azərbaycan-NATO fərdi tərəfdaşlıq fəaliyyəti Proqramının yerinə yetirilməsi məsələlərindən başqa, ikitərəfli münasibətlərin cari mərhələsi, aktual regional məsələlərin müzakirəsi planlaşdırılır.

Simonun ofisindən verilən məlumata görə, hazırda səfərin tarixi dəqiqləşdirilir.

Xəbər lenti

Xəbər lenti