...

Azərbaycanda yeni siyasi partiya yaradılır

Siyasət Materials 25 Sentyabr 2007 14:12 (UTC +04:00)
Azərbaycanda yeni siyasi partiya yaradılır

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda daha bir siyasi partiya yaradılacaq, çərşənbə axşamı Trend ə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) keçmiş funksioneri, hazırda aktiv siyasətdə olmayan Aydın Quliyev bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda aktiv siyasətə qatılacaq.

"Aktiv siyasətə qatılandan sonra hər hansı partiyaya qoşulmaq fikrim yoxdur" Quliyev deyib.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları, o cümlədən Quliyev ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını (ACP) yaradıblar.

Sağ mərkəzçi, müxalifətyönlü ACP bu ilin aprelində təsis olunub. Bundan sonra Quliyev partiya rəhbərliyi ilə yaranan problemə görə ACP-ni tərk edib.

Quliyev bildirib ki, yaradacağı yeni partiyanın siyasi kursu mövcud partiyaların kursundan fərqli olacaq. O, partiyanın siyasi kursunun detalları barədə məlumat verməyib. Quliyev prosesin ilin sonuna kimi tamamlanacağını da deyib.

Xəbər lenti

Xəbər lenti