...

İlin sonuna qədər GUAM XİN başçılarının daha bir görüşü keçiriləcək

Siyasət Materials 28 Sentyabr 2007 13:28 (UTC +04:00)
İlin sonuna qədər GUAM XİN başçılarının daha bir görüşü keçiriləcək

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" xarici işlər nazirlərinin növbəti görüşü nöyabrda ATƏT-in xarici işlər nazirləri şurasının (XİNŞ ) növbəti iclası çərçivəsində Madriddə baş tutacaq. Bu barədə qərar Nyu-Yorkda BMT-nin 62-ci sessiyası çərçivəsində GUAM XİN başçılarının dördüncü iclası zamanı XİN başçıları tərəfindən qəbul olunub.

Nazirlər sessiyanın gündəliyinə daxil olan "GUAM məkanında uzadılan münaqişələr və dünyanın beynəlxalq təhlükəsizliyi və inkişafı üçün onların nəticəsi" məsələsi üzrə GUAM-a üzv-dövlətlərin gələcək birgə əməkdaşlıq fəaliyyətini nəzərdən keçiriblər və hazırkı bənd üzrə qətnamə layihəsinin irəli sürülməsi və BMT-yə üzv-dövlətlərin dəstəyi ilə onun səfərbər edilməsi ilə bağlı məsləhətləşmələrin davam etdirilməsi qərara alınıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər Katibliyin komplektləşdirilməsi və işlərin prinsipləri barədə məsələni müzakirə ediblər.

XİN başçıları oktyabrın 10-11-də Vilnüsdə keçiriləcək Energetika Sammitini nəzərə alaraq orada təşkilatın 10 illik yubileyinə həsr olunacaq GUAM dövlət başçılarının iclasının keçirilməsi məsələsini də müzakirə ediblər.

Həmçinin gələn ilin əvvəlində Kiyevdə Katibliyin inoqurasiyası üçün GUAM XİN başçılarının iclasının keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti