...

Naxçıvan MR-in Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb

Siyasət Materials 29 Sentyabr 2007 10:38 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend , müxbir E.Məmmədov/ Naxçıvan Muxtar Respubliksının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Trend in bölgə müxbirinin məlumatına görə, bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan MR Nazirlər Kabineti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Əsasnaməsinin layihəsini hazırlayıb, təsdiq olunmaq üçün Ali Məclisin sədrinə təqdim edəcək.

Naxçıvan MR ərazisi 5,5 min kvadrat kilometrdir. Ölkə ərazisinin 6,4%-ni təşkil edir. 7 inzibati rayona (Babək, Şərur, Ordubad, Sədərək, Şahbuz, Culfa və Kəngərli ) bölünüb. Əhalisi 380,2 min nəfər, paytaxtı Naxçıvan şəhəridir.

Xəbər lenti

Xəbər lenti