...

Gəncədə dilənçiliyin qarşını almaq üçün reyd keçirilib

Siyasət Materials 1 Oktyabr 2007 15:41 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncədə dilənçiliyin qarşını almaq məqsədilə keçirilən reyd zamanı şəhərdən dilənçiliklə məşğul olan 26 nəfər yığışdırılıb, bazar ertəsi Nizami rayon Polis Şöbəsinin rəis müavini Səməd Abbasov bildirib. Onun sözlərinə görə, saxlanılan dilənçilər əsasən Yevlax, Mingəçevir, Qax rayonlarındandırlar. Saxlanılan 26 dilənçidən 13-ü yetkinlik yaşına çatmayanlardır.

Yetkinlik yaşını ötmüş 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 307-1 maddəsi ilə protokol tərtib edilib. Avaralıqla məşğul olma - mütəmadi dilənçilik yolu ilə dolanan bu şəxsləri şərti maliyyə vahidinin 10 mislindən 15 mislinədək cərimə gözləyir.

Abbasov reyd zamanı saxlanılanların öz rayonlarına göndərildiyini bildirib.

Gəncə şəhər Polis İdarəsinin Nizami rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri bu cür növbəti reydin oktyabrın birinci ongünlüyündə aparılması planlaşdırılır.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti