...

AŞPA-nın həmməruzəçisi: Azərbaycanda bir sıra məsələlərdə aşkar irəliləyiş yoxdur

Siyasət Materials 2 Oktyabr 2007 16:13 (UTC +04:00)
AŞPA-nın həmməruzəçisi: Azərbaycanda bir sıra məsələlərdə aşkar irəliləyiş yoxdur

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Azərbaycanda söz azadlığı, jurnalistlərin təqib edilməsi və siyasi məhbus məsələlərində aşkar irəliləyiş yoxdur. Bu barədə çərşənbə axşamı Strasburqdan telefonla Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel məlumat verib.

"Təəssüf ki, siyasi məhbuslar üzrə işçi qrupun fəaliyyətində heç bir irəliləyiş yoxdur və mən bu məsələni spiker Oqtay Əsədovla müzakirə etməyə hazırlaşıram" -deyə Herkel bildirib.

Onun sözlərinə görə, AŞPA-nın Monitorinq Komitəsində Azərbaycanda söz azadlığı, jurnalistlərin təqib edilməsi və siyasi məhbuslar əsas müzakirə mövzuları olub.

"Yalnız Azərbaycan üzrə deyil, həmçinin , digər ölkələrdə də, siyasi məhbuslar üzər komitəyə məruzəçi təyin edilməsi barədə fikir var" - deyə Herkel əlavə edib.

Ötən iclasda həmin məsələlər, həmçinin Azərbaycan Seçki Məcəlləsinə dəyişikliklər müzakirə olunub,

Xəbər lenti

Xəbər lenti