...

XİN-in mətbuat katibi: "Azərbaycan Gürcüstandakı vəziyyətin sülh yolu ilə həllinə ümid edir"

Siyasət Materials 2 Oktyabr 2007 16:26 (UTC +04:00)
XİN-in mətbuat katibi: "Azərbaycan Gürcüstandakı vəziyyətin sülh yolu ilə həllinə ümid edir"

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / Azərbaycan Gürcüstanda yaranan vəziyyətin sülh və ölkənin milli maraqları çərçivəsində həllinin tərəfdarıdır.

"Bakı əmin olmaq istəyir ki, Gürcüstanda baş verən son hadisələr Gürcüstan üçün mənfi sonluqla bitməcəyək və ikitərəfli münasibətlərə mənfi təsir göstərməyəcək", - deyə çərşənbə axşamı jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim son günlər Tbilisidə baş verən hadisələrə münasibət bildirərkən qeyd edib.

Tbilisidə iğtişaşlar hüquq - mühafizə orqanları tərəfindən keçmiş müdafiə naziri, hazırada "Vahid Gürcüstan uğrunda hərəkat" partiyasının rəhbəri İrakli Okruaşvilinin həbsindən sonra başlanıb. Okruaşvili həbsindən bir gün əvvəl sensasiyalı bəyanatla çıxış edərək, Gürcüstan prezidenti Mixail Saakaşvilini korrupsiyada və mütəşəkkil cinayətkarlıqda ittiham edib.

Gürcüstan prezidenti öz ünvanına və onu əhatə edənlərin ünvanına səsləndirilmiş ittihamları rədd edib. "İlk növbədə, demək istəyirəm ki, mənim üçün bir insan kimi, Okruaşvilinin etdikləri çox ağırdır. Mən, mənim və yaxınlarımın ünvanına səsləndirilmiş ittihamlara öyrəşmişəm, lakin bu insan çox yaxşı bilirlər ki, bunların hamısı yalandır", - deyə prezident jurnalistlərə bildirib.

Saakaşvilinin sözlərinə görə, onun həyatının əsas prinsipi qohumların arasında əlbir fəaliyyətin qarşısını almaqdır, bu səbəbdən də, onun hökumətində heç kim , keçmiş nazirin təkid etdiyi kimi, qeyri-qanuni milyonlar qazana bilməz.

Xəbər lenti

Xəbər lenti