...

Azərbaycanlı deputat Avropa Şurasından ermənilərin hərəkətlərinə qiymət verməyi tələb edir

Siyasət Materials 2 Oktyabr 2007 17:11 (UTC +04:00)
Azərbaycanlı deputat Avropa Şurasından ermənilərin hərəkətlərinə qiymət verməyi tələb edir

Fransa, Strasburq / Trend , müxbir A.Məhərrəmli, İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva, erməni silahli qüvvələrinin atəşkəs rejimini mütəmadi olaraq pozması ilə əlaqədar, Avropa Şurasının Nazirlər Komitəsinə sorgu göndərib. Bu barədə çərşənbə axşamı Strasburqda Trend ə açıqlamasında Qərinə Paşayeva məlumat verib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1988-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin may ayının 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Buna baxmayaraq, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəs tez-tez pozulur.

AŞPA 2005-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1416 saylı Qətnamə qəbul edib. Qətnamədə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi qeyd olunub. Eyni zamanda, münaqişənin həll olunmamış qalmasının ciddi təhlükələr törətdiyi vurğulanıb. AŞPA qəbul olunan qətnamənin yerinə yetirilməsinə nəzarət etmək üçün Dağlıq Qarabağ üzrə Alt Komitə yaradıb. Böyük Britaniyadan olan deputat lord Rassel Constonun rəhbərlik etdiyi komitə üzvlərinin bölgəyə səfəri gözlənilir.

Paşayevanın sorğusu çərşənbə günü AŞPA-da yayılacaq. Sorğuda 1994-cu ildən qüvvədə olan atəşkəs rejiminin son vaxtlar erməni silahli qüvvələri tərəfindən pozulduğunu xüsusi vurğulayan millət vəkili hesab edir ki, atəşkəsin pozulması nəticəsində dinc insanların həlak olması cinayətdir.  Azərbaycanlı deputat Avropa Şurası Nazirlər Komitəsindən bununla bagli qəti mövqe tutmağı tələb edir. (2007- ci ilin avqust ayına qədər atəşkəs rejimi 2006-cı illə müqayisədə 78% çox pozulub)

Paşayeva Nazirlər Komitəsindən bu məsələyə, eləcə də, AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 1416 sayli Qətnamənin Ermənistan tərəfindən yerinə yetirilməməsinə siyasi və hüquqi qiymət verilməsini, işğalçı ölkəyə təsir və təzyiq vasitələrinin işə salınmasını tələb  edir.

Sorğuda dinc insanların həlak olmasının  Avropa Şurasının müdafiə etdiyi insan haqlarına zidd olduğu, davam etməkdə olan danışıqlar prosesinə xələl gətirdiyi xüsuisi vurğulanıb.

Paşayeva, həmçinin, bütün Rusiyanın və Moskvanın patriarxı II Aleksiyə sorğu ünvanlayıb. Sorğusunda Rusiyada müxtəlif mədəniyyətlərə və dinlərə məxsus yüz minlərlə insanın yaşadığını qeyd edən deputat, orada tolerantlığın azalması hallarının geniş vüsət aldığını vurğulayıb: "Rusiyada yaşayan müxtəlif dini və milli qruplara məxsus insanlar təzyiqə məruz qalir, qətlə yetirilirlər. Biz din xadimlərinin bu sahədə hansı işlər gördüyünü soruşuruq. Rusiya patriarxının , onun başçılıq etdiyi kilsənin tolerantlığın azalmasına münasibəti necədir və tolerantlığın artması ilə bağlı hansı işlər görülməsini planlaşdırırsınız ?" Srtasburqda AŞPA-nın payız sessiyası keçirilir. Rusiyanın və Moskvanın patriarxı II Aleksey AŞPA deputatları qarşısında çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti