...

İsveçrə Parlamentinin Aşağı Palatasının spikeri Azərbaycana səfər edəcək

Siyasət Materials 2 Oktyabr 2007 17:46 (UTC +04:00)
İsveçrə Parlamentinin Aşağı Palatasının spikeri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ İsveçrə Parlamentinin Aşağı Palatasının spikeri Kristina Eqszeqi Obrist Azərbaycana rəsmi səfər edəcək. Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyovun çərşənbə axşamı Cenevrədən verdiyi məlumata görə, səfər noyabrın əvvəlində Cənubi Qafqaz ölkələrinə turne çərçivəsində baş tutacaq.

Səfir bildirib ki, regiona səfərini Obrist Azərbaycandan başlayacaq. Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovun dəvəti ilə həyata keçəcək səfər zamanı iki ölkə arasında qarşılıqlı anlaşma, qarşılıqlı inam və çoxsahəli əlaqələrin qurulması məsələləri müzakirə olunacaq.

Obristin parlament və hökumətdə bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti