Azərbaycan, Bakı/ Trend / Oktyabr ayının 5-də saat 11:00-dan 12:30-dək, BFB-də qeydiyyat №-si 10300517S olan Dövlət Qısamüddətli İstiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
İstiqrazların ümumi həcmi 10 mln. AZN, bir istiqrazın nominal dəyəri 200 AZN, istiqrazların tədavül müddəti 181 gün, ödəmə tarixi isə 3 aprel 2008-ci ildir
Hərrac zamanı, DQİ buraxılışının 20%-dan artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.