...

AŞ PA prezidenti: Azərbaycanla Ermənistan arasında yeni müsbət mühitin yaradılması zəruridir

Siyasət Materials 8 Oktyabr 2007 19:25 (UTC +04:00)
AŞ PA prezidenti: Azərbaycanla Ermənistan arasında yeni müsbət mühitin yaradılması zəruridir

Avropa Şurası Parlament Assambletasının (AŞ PA) prezidenti cənab Rene van der Lindenin TREND-ə eksklüziv müsahibəsi

--Cənab prezidenti, siz bu həftə Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədovla görüşdünüz. Bu görüş zamanı hansı məsələləri müzakirə etdiniz?

--Bu görüş Azərbaycandakı görüşümüzün davamı idi. Mən, Cənubi Qafqaza səfərim çərçivəsində, Ermənistanda, Gürcüstanda və Azərbaycanda oldum. Biz cox məsələləri: regionda vəziyyəti, iqtisadiyyatın inkişafı, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı mövcud vəzyyəti müzakirə etdik.

-- AŞPA ilə Azərbaycan arasında əməkdaşlığı şəxsən necə qiymətləndirirsiniz ?

-- Bildiyiniz kimi, biz axırıncı dəfə seçkiləri müşahidə etdik. Bəzi məsələlər var ki, onlar müzakirə olunur. Gələcək illərdə seçki praktikasının bəzi elementlərini, xususilə Leo Platvotun məruzəsində müzakirə olunan aspektləri yaxşılaşdırmağa nail olmalıyıq. İkinci növbədə, siyasi məhbuslar məsələsi var. Məruzədə qeyd olunub ki bəzi məqamlarda Azərbaycan hökumətilə ASPA mıruzəçiləri arasında fikir ayrılığı var. Mən Azərbaycanın Milli Məclisinin sədrindən, bu məsələyə diqqət yetirməyi xahiş etdim, çünki bu məsələ yenidən AŞ-nın, ASPA-nın diqqətində olacaq . Mən axırıncı dəfə QHT-lərin mövqeyini müzakirə etdim. Inanıram ki, Azərbaycanla Ermənistan arasında vəziyyət istisna olmaqla, Azərbaycan hökumətində, ASPA ilə birlikdə bütün öhdəlikləri yerinə yetirməyə nail olmaq üçün gözəl əməkdaşlıq etmək istəyi var.

-- Nə dərəcədə Azərbaycanın seçki qanunlarına dəyişiklik etməyə ehtiyac var və Azərbaycanla Avropa Şurası, xüsusilə Venesiya Komissiyası arasında əməkdaşlığı necə qiymətləndirirsiniz?

-- Mənin fikrimcə, bu məsələ üzərində müzakirələrin aparılması önəmlidir. Bu , ilk növbədə, Monitorinq və Hüquqi İşlər Komitələri ilə Azərbaycan parlamenti və hökuməti arasında olan bir məsələdir. Ümumiyyətlə, mən AŞ-na üzv ölkələrin Venesiya Komissiyasının yardımından bəhrələnməsini dəstəkləyir və tövsiyə edirəm, çünki bu komissiya müstəqildir, çox yüksək nüfuza və zəngin təcrübəyə malikdir. O, islahatların davam etdirilməsinə, habelə müxalifət və hakimiyyət düşərgəsi ilə müzakirələrin aparılmasına yardım edə bilər. O, artıq bunu sübut edib. Venesiya Komissiyası müxtəlif ölkələrdə müxtəlf məsələlərin həllində qeyri-adi rol oynayıb, təkliflər və məsləhətlərini verib. Bu isə, öz növbəsində, müxtəlif fikirlər arasında körpü yaradılması üçün çox önəmlidir.

-- Cənab Prezident, Dağlıq Qarabağ münaqişəsinin bu ilin sonu və ya hər iki ölkədə 2008-ci ildə keçiriləcək prezident seçkilərindən əvvəl həll olunması nə dərəcədə realdır?

-- Mən sizə açıq deməliyəm ki, mənim fikrimcə Azərbaycanla Ermənistan arasında vəziyyət,həqiqətən, pis istiqamətdə inkişaf edir. Iki il bundan əvvəlki vəziyyətlə müqayisədə, vəziyyət yaxşı deyil. Yeni müsbət mühitin yaradılması zəruridir. Oktyabrın 5-də biz bu məsələni AŞPA-nın 1416 saylı Qətnaməsinin yerinə yetirilməsilə baglı yaradılmış Alt Komitəin sədri cənab Lord Rassel Constonla Büroda müzakirə etdik. Büro Lord Rassel Constonun, Prezidentlər və aidiyyəti tərəflərlə müzakirələr aparmaq üçün regiona, səfəri baglı məsələni təsdiq etdi. Tərəflər arasında müsbət mühitin yaranmasına töhfə vermək xüsuisi qeyd olundu. Eyni zamanda, Avropa Şurasında, keçmişdə oldugu kimi, Azərbaycan və Ermənistan nümayəndə heyətlərini birgə fəaliyyət planlarını müzakirə etmək üçün, bir araya gətirmək zəruridir. Örən dəfə qəbul etdiyimiz kimi, ASPA, Azərbaycan və Ermənistan nümayəndə heyətindən ibarət qarışıq komissiya Dağlıq Qarabağ regionuna səfər etsin. Mən inanıram ki, müsbət təşəbbüslərə rəvac vermək lazımdır.

-- AŞPA -nın Elm, Mədəniyyət və Təhsil Komissiyasının məruzəçisi cənab Edvard O'Hara Cənubi Qafqaza səfər etməli idi. Amma səfər baş tutmadı. Bunun gerçəkləşməsi nədən asılıdır?

-- Biz xüsusilə bu məsələni müzakirə etdik. Təkcə məruzəçinin regiona səfərini deyil, eləcə də, qaçqınlar, mədəni və dini irs, itkin düşmüş insanlara dair məsələləri müzakirə etdik. Itkin düşəndərin məsələsi onların ailə və yaxınları üçün çox önəmlidir. Bu məsələ oktyabrın 5-də Büronun iclasında müzakirə mövzusu olub. Məruzəçinin nə vaxt səfər edəcəyini deyə bilmərəm. Bu, komissiyadan asılıdır; komissiya bu sahədə təşəbbüs və fəaliyyət göstərir. Mən bütün detalları bilmirəm.

-- AŞPA -nın payız sessiyasında Avropada Amerikanın raket əleyhinə müdafiə sisteminin yerləşdirilməsinə dair təcili müzakirələr olmalıydı, lakin bu müzakirələr təxirə salındı. Buna səbəb nə oldu və bu məsələ yenidən müzakirə oluna Bilərmi?

-- Əlbəttə, vəziyyət dəyişsə, bu, yenidən parlamentin gündəminə gələ bilər. Mən bu müzakirələrin əleyhinə səs vermiş deputatların arqumentlərininin nədən ibarət oldugunu bilmirəm və müzakirələrin aparılmasının lehinə idim. Mənim fikrimcə, raket əleyhinə müdafiə sisteminin siyasi nəticələrini müzakirə etmək cox önəmlidir. Mən bu sahədə ekspert deyiləm. Biz-- AŞ-na üzv dövlətlər-- həm Avropa İttifaqının, həm NATO-nun üzvüyük və Rusiya ilə əməkdaşlıq edir və münasibətləri yaxşılaşdırmağa çalışırıq. Biz barışığa rəvac verməli, yeni gərginlik yarada biləcək hərəkətlər etməməliyik. Bu, müzakirələrin məqsədi idi. Bildiyiniz kimi, 1989 -cu ildə deviz "Avropada yeni qarşıdurma olmasın" idi. Əgər Avropada yeni gərginlik, yeni qarşıdurma yaradacaq nəticələr varsa, bunu AŞ, Parlament Assambleyası müzakirə etməlidir.

Xəbər lenti

Xəbər lenti