...

Azərbaycan və Polşa prezidentləri Vilnüsdə danışıqlar aparacaqlar

Siyasət Materials 9 Oktyabr 2007 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxnbir S.Ağayeva/ Azərbaycan prezidenti İlham Əliyev və Polşa prezidenti Lex Kaçinski Vilnüsdə danışıqlar aparacaqlar. Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevskinin çərşənbə axşamı verdiyi məlumata görə, görüş oktyabrın 10-11-də keçiriləcək energetika sammiti çərçivəsində baş tutacaq.

Dövlət başçılarının ikitərəfli əməkdaşlıqda aktual məsələlər barədə fikir mübadiləsi aparacağı, energetika sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəkləri gözlənilir.

Əliyev və Kaçinski Litvaya, energetika sammiti keçirilməsi təşbbüsü ilə çıxış edən Valdas Adamkusun dəvəti ilə səfər edəcəklər.

Litva prezidentinin daha öncə Trend ə verdiyi məlumata görə, konfransda Avropa Birliyinin enerji təhlükəsizliyi və xarici energetika siyasətinin əsas prinsipləri ilə bağlı məsələlərə toxunulacaq. "Biz əsas enerji istehsalçıları, istehlakçı və tranzit ölkələr arasında yeni əlverişli əməkdaşlıq yolları tapmağa səy göstəririk",-deyə o söyləyib.

Adamkusun sözlərinə görə, konfransın gündəliyində əsas transatlantik enerji dialoqu, Avropa Birliyinin Rusiya, Xəzər və Baltik dənizi ölkələri ilə energetika əməkdaşlığı, həmçinin, Baltik enerji strategiyasının inkişafı məsələləri daxildir.

Sammitdə Baltik və Qara dəniz ölkələrinin hökumət başçıları və nazirləri, həmçinin, NATO və Avropa İttifaqı nümayəndələri iştirak edəcəklər.

Xəzər dənizi və Mərkəzi Asiyadan neft və qazın Avropaya tranzit perspektivləri müzakirə olunacaq. Baltikyanı ölkələr rus qazına alternativ olaraq, Xəzər regionundan qaz alınmasında maraqlıdırlar.

Xəbər lenti

Xəbər lenti