...

Sərhədçilər ötən ay 38 sərhəd pozucusu saxlayıb

Siyasət Materials 11 Oktyabr 2007 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/

Ötən ay dövlət sərhəddini keçmiş və ya keçməyə cəhd göstərilmiş 31 halda 38 nəfər sərhəd pozucusu saxlanılıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən cümə axşamı Trend ə verilən məlumata görə, tutulan sərhəd pozucularının 9-u Azərbaycan, 9-u İran, 8-i Gürcüstan. 4-ü Türkiyə, 4-ü Çin, 2-si Pakistan, hər biri 1 nəfər olmaqla, Ermənistan və Özbəkistan vətəndaşları olub.

Onların 16-sı dövlət sərhədini sərhəd zastavalarının xidməti sahəsindən pozarkən, 16-sı saxta sənədlə, 4-ü özgəsinə məxsus sənədlə, 2-si isə gizli şəkildə dövlət sərhədini buraxılış məntəqələrindən keçərkən və ya keçməyə cəhd edərkən saxlanılıblar.

Ay ərzində 9 Azərbaycan vətəndaşı sərhəd zastavalarının xidməti sahəsində, 5-i sərhəd nəzarət məntəqələrində sərhəd rejim qaydalarını pozduğu üçün, 40 nəfər əcnəbi müvafiq sənədləri olmadığı üçün, 141 nəfər Amerika, Avropa, Asiya və Afrikanın müxtəlif ölkələrinin vətəndaşları vizaları olmadığına görə, saxlanılaraq, barələrində müvafiq tədbirlər görülüb.

Xəzər dənizində sahilboyu rejim qaydaları yoxlanılarkən, Rusiyaya məxsus 4, İrana məxsus 4, Azərbaycana məxsus 7 gəmi saxlanılaraq, baxış keçirilb. Dənizdən sahibsiz 4750 ədəd qarmaqlı balıqovlama vasitəsi aşkar edilərək götürülüb.

Axtarışda olan 70 nəfər saxlanılaraq, hüquq-mühafizə orqanlarına təhvil verilib.

Sentyabrda sərhədçilər 31 halda ümumi dəyəri 26 min manatdan artıq olan qaçaqmalı saxlayıb.

Xəbər lenti

Xəbər lenti