...

Moskvada Qəbələ RLS-in birgə istifadəsi ilə bağlı Rusiya-Amerika danışıqları keçiriləcək

Siyasət Materials 12 Oktyabr 2007 01:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Qəbələ Radiolokasiya Stansiyasından birgə istifadə məsələləri oktyabrın 12-12-ü Rusiya və ABŞ-ın xaric işlər və müdafiə nazirləri arasında keçirilən görüş zamanı müzakirə olunacaq.

2007-ci ilin iyun ayında "Böyük səkkizliy"in sammiti çərçivəsidə Rusiya Federasiyasının rəhbəri Vladimir Putin ABŞ-a Qəbələ RLS-dən, həmçinin Armavirdə tikilən RLS-dən və əldə olunan məlumatdan birgə istifadə etməyi təklif edib. Bu təklif ABŞ-ın Polşa və Çexiyada RƏMS yerləşdirməkdən imtina etməsi şərti ilə irəli sürülüb.

Rusiya hərbçiləri Azərbaycan ərazində yerləşən "Dəryal" RLS-indən tərəflər arasında 2002-ci ilin yanvar ayının 25-də imzalanmış müqavilə əsasında istifadə edirlər. Bu müqaviləyə əsasən, stansiya Azərbaycanın mülkiyyətidir və analitik-informasiya statusu daşıyır. İcarə haqqı bir il üçün 7 mln. dollardır. Müqavilənin mahiyyəti RLS-dən təkcə analitik -informasiya məqsədləri ilə deyil, həmçinin stansiyanın əldə etdiyi məlumatın ötürülməsi məqsədilə istifadə olunmasıdır. Müqavilə 10 illik bir müddətə imzalanıb.

ABŞ-ın dövlət katibi Kondoliza Rays və müdafiə naziri Robert Geyts öz həmkarları Sergey Lavrov və Anatoli Serdyukla Rusiya paytaxtında "strateji təhlüksizlik məsələlər ilə bağlı danışıqlar" aparacaqlar.

"Müzakirələr zamanı təhlükəsizliyin təmin olunması, raket əleyhinə müdafiə sistemi sahəsində əməkdaşlıq kimi iki tərəfi maraqlandıran məsələlərə diqqət ayrılacaq" - deyə Dövlət Departamentinin əvvəllər yaydığı məlumatda deyilir.

Hər iki ölkənin ekspertləri azərbaycanlı həmkarlarının iştirakı ilə Qəbələyə səfər edərək stansiyanın vəziyyətini araşdırııblar. "Rusiya ilə Vaşinqton və Parisdə aparılan RƏMS məsələri ilə bağlı ikitərəfli müzakirələrə əsaslanaraq ABŞ inanır ki, ballistik raektlərin mövcud təhlükəsini aradan qaldırmaq məqsədilə əlverişli əməkdaşlıq üçün şərait var" - deyə ABŞ-ın Raket Əleyhinə Müdafiə Sistemi Nazirliyinin direktor müavini, briqada generalı Patrik Cey Oreyli stansiya ilə tanışlıqdan sonra bildirib.

Xəbər lenti

Xəbər lenti