...

Müxalifət partiyalarının Seçki Məcəlləsinə dair danışıqları davam etdirilib

Siyasət Materials 17 Oktyabr 2007 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifət partiyalarının Seçki Məcəlləsinə dair vahid təkliflər hazırlamaq üçün danışıqları çərşənbə günü davam etdirilib. Bu barədə görüşün keçirildiyi Klassik Xalq Cəbhəsi Partiyasından (KXCP) məlumat verilib.

Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsi məqsədilə hakimiyyətin və Avropa Şurası Venesiya Komissiyasının birgətəşkilatçılığı, siyasi partiyaların iştirakı ilə noyabrda Bakıda geniş tərkibli müzakirələr təşkil olunacaq. Müxalifət partiyaları isə Məcəlləyə dəyişikliklərlə bağlı müxtəlif təkliflərlə çıxış edirlər. Partiyaları seçki qanunvericiliyinə dair ortaq mövqeyə gətirmək və vahid təkliflər sənədi hazırlamaq üçün ötən həftə 15-ə yaxın müxalifət partiyasının iştirakı ilə birgə işçi qrupu yaradılıb.

İşçi qrupunun çərşənbə günü keçirilən toplantısında "Azərbaycan yolu" siyasi hərəkatının, KXCP, Böyük Quruluş, Azadlıq, Milli Demokrat və digər partiyaların nümayəndələri iştirak ediblər. Görüşdə partiyaların ayrı-ayrı təklifləri müzakirə edilib, lakin konkret sənəd hazırlanmayıb. Qərara alınıb ki, növbəti görüş həftənin cümə axşamı keçirilsin.

Xəbər lenti

Xəbər lenti