...

Nazir müavini: Azərbaycan İran və Türkmənistan ilə məsləhətləşmələr aparacaq

Siyasət Materials 19 Oktyabr 2007 14:21 (UTC +04:00)
Nazir müavini: Azərbaycan İran və Türkmənistan ilə məsləhətləşmələr aparacaq

Azərbaycan, Bakı / Trend / Yaxın vaxtlarda Azərbaycan İran və Türkmənistanla Xəzər dənizinin dibinin delimitasiyası problemi üzrə ikitərəfli məsləhətləşmələrin növbəti mərhələsini aparacaq. Bu barədə cümə axşamı Bakıda xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

Oktyabrın 16-da Tehranda Xəzərin statusunun müəyyən edilməsinə dair Xəzəryanı dövlət başçılarının ikinci sammiti keçirilib.

Xələfovun verdiyi məlumata görə, prezidentlər Xəzər dənizinin dibinin bölünməsi məsələsini müzakirə etməyiblər.

Azərbaycan, Qazaxıstan və Rusiya Xəzər dənizinin bölünməsinə dair müqaviləyə malikdirlər. Lakin Xəzərin dibinin beş eyni hissəyə bölünməsi ilə əlaqədar İranın narazılığı səbəbindən SSSR-nin dağılmasından sonra meydana gələn Xəzərin hüquqi status məsələsi hələ də, açıq olaraq qalmaqdadır.

Xəbər lenti

Xəbər lenti