...

RF MSK rəhbəri: " Rusiya və Azərbaycan MSK-ları arasında əlaqələr yüksək səviyyədədir"

Siyasət Materials 23 Oktyabr 2007 20:35 (UTC +04:00)
RF MSK rəhbəri: " Rusiya və Azərbaycan MSK-ları arasında əlaqələr yüksək səviyyədədir"

Rusiya, Moskva/ Trend müxbir R.Ağayev/ Rusiya və Azərbaycanın Mərkəzi Seçki Komissiyaları arasındakı ikitərəfli əlaqələrin səviyyəsi yüksəksir və bir çox illərdir ki, əməkdaşlıq inkişaf edir. Bunu RF MSK sədri Vladimir Çurov Trend ə eksklüziv müsahibəsində bildirib.

O bildirib ki, RF MSK MDB missiyası çərçivəsində, prezident, parlament və əlavə parlament seçkilərində müşahidəçilik missiyasını həyata keçirib. "Biz, həmçinin, bir müddət əvvəl MDB Parlamentlərarası Assambleyanın elektron səsvermənin texniki problemlərinin müzakirə olunduğu "Dəyirmi masa"da da görüşmüşük. Bu, seçkilərin təşkilində təcrübə mübadiləsi zamanı ikitərəfli bərbərhüquqlu əməkdaşlıqdır",-deyə Çurov söyləyib.

Rusiya MSK rəhbəri söyləyib ki, Azərbaycan milliyyətindən olan RF vətəndaşları seçkilərdə həmişə siyasi cəhətdən aktivdirlər. "Bunlar həm Rusiyada doğulanlar, yaxud çoxdan burda yaşayanlar, həm də ölkə vətəndaşlığını yeni qəbul edənlərdir",-deyə Çurov əlavə edib. Dekabrın 2-də Rusiya Dövlət Dumasına təyin olunmuş seçkilərlə bağlı Çurov qeyd edib ki, azərbaycanlıların fəal iştirakı gözlənilir.

Bununla yanaşı, Çurov xatırladıb ki, Rusiya qanunları sənədlərdə deputatlığa namizədin milliyyətinin göstərilməsini qadağan edir. Ona görə də, harda azərbaycanlıların, harda başqa millət nümayəndələrinin olmasını, bu və ya digər diasporun səsvermədə fəallığının necə olmasını müəyyənləşdirmək çətindir,-deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti