...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 24 Oktyabr 2007 11:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 23-də saat 18.50-dən oktyabrın 24-ü saat 02.15-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdülrəhmanlı, Aşağı Veysəlli və Qaraxanbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, saat 22.50-dən saat 23.20-dək Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 22.10-dan oktyabrın 24-ü saat 00.45-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə çərşənbə günü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bütün hallarda cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.

.

Xəbər lenti

Xəbər lenti