...

Parlamentin komissiya sədri: "Bələdiyyələr geniş maliyyə mənbələrindən istifadə edə bilmir"

Siyasət Materials 24 Oktyabr 2007 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycanda bələdiyyələrin geniş maliyyə mənbələri olsa da, onlar bundan istifadə edə, səlahiyyətlərini həyata keçirə bilmirlər, çərşənbə günü jurnalistlərə Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri, millət vəkili Arif Rəhimzadə bildirib. Onun sözlərinə görə, Azərbaycan bələdiyyələri təkcə vergilərin yığılması səlahiyyətini yerinə yetirsə, maliyyə imkanları kifayət qədər artar və bu vəsait bələdiyyələrin inkişafına, problemlərin həllinə sərf olunar.

"Bir necə kiçik bələdiyyəni çıxmaq şərti ilə demək olar ki, bütün bələdiyyələrin belə imkanı var" Rəhimzadə deyib.

Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Bələdiyyələrlə yerli icra hakimiyyətə orqanlarının səlahiyyətlərinin bölgüsündə bir sıra problemlər var. Bələdiyyələr hələ də ölkənin sosial-iqtisadi həyatının fəal iştirakçısına çevrilə bilməyiblər. Bələdiyyələr kifayət qədər səlahiyyətlərinin, maliyyə imkanlarının olmamasından şikayətlənir.

Rəhimzadə qeyd edib ki, "Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında" qanun layihəsi hazırdır və yaxın günlərədə Milli Məclisdə iknici oxunuşda müzakirəyə çıxarılacaq. Layihədə bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi və onların geri alınması mexanizmləri əksini tapıb.

Xəbər lenti

Xəbər lenti