...

Sentyabr ayında Bakıda daşınmaz əmlak üçün qiymətlər açıqlanıb

Siyasət Materials 30 Oktyabr 2007 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Sentyabr ayında Bakıda təkarar əmlak bazarında mənzillərin çox hissəsi Xətai tayonunda təklif olunub ki, bu da paytaxtın ümumi daşınmaz əmlak portfelinin 20,6 faizini təşkil edib. Bu barədə məlumat "Daşınmaz əmlak bazarının iştirakçıları" ictimai birliyinin məlumatında göstərilib.

Nərimanov rayonunda təklif olunan daşınmaz əmlak ümumi portfelin 18,9 faizi, yasamal rayonunda isə 19,3 faizi həcmində olub. Sentyabr ayında bazarrda təklif olunan mənzillərin sayı təqribən 4 min olub.

Bakının rayonları üzrə daşınmaz əmlakımn kvadratmetrinə görə qiymətlər aşağıdakı kimidir:

Bakının rayonları Qiymətlər hər kvadratmetr üçün dollarla göstərilib Qiymətlərin artımı hər ay üçün faizlə göstərilib
Əzizbəyov 810 5,7
Binəqədi 1293 1,2
Qaradağ 826 7,3
Yasamal 1480 1,2
Nizami 1295 3,2
Nərimanov 1620 4,5
Nəsimi 1512 3,8
Sabunçu 1171 1,3
Suraxanı 945 3,1
Səbail 1894 3,1
Xətai 1217 4,2

Sentyabr ayında təklif olunan ümumi portfeldəki mənzillərin 32 faizinin qiyməti 70 min dollardan 80 min dollara qədər olanlar təşkil edib.

Xəbər lenti

Xəbər lenti