...

Milli Məclisin inzibati binasının yeni korpusunun təməlqoyma mərasimi keçirilib

Siyasət Materials 3 Noyabr 2007 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Noyabrın 3-də Milli Məclisin inzibati binasının yeni korpusunun təməlqoyma mərasimi keçirilib. Təməlqoyma mərasimində Milli Məclisin sədri Oqtay Əsədov, sədrin müavinləri, komissiya sədrləri və deputatlar iştirak ediblər. Yeni korpusun layihəsi haqqında məlumat verən "Azəraqrartikinti" SC prezidenti Ağalar Vəliyev bildirib ki, yeni korpus 15 mərtəbədən ibarət olacaq. Binanın tikinti sahəsi 1365 m2, tikinti həcmi 50 min 674 m3, hündürlüyü isə 59 m olacaq. Yeni korpusda 110 deputat otağı, 15 komissiya sədrləri üçün otaq, 20 ekspert otağı, 2 iclas zalı, arxiv, oxu zalları, mətbəə, qaraj, 1 restoran və yeməkxana zalı olacaq. Binada 3 ədəd 33 nəfəri qaldırmaq gücünə malik lift quraşdırılacaq. Korpusun 32 aya tikilib başa çatdırılması nəzərdə tutulsa da, tikinti işlərinin 24 aya yekunlaşdırılması planlaşdırılır. Hazırda yeni korpusun tikintisində 100 nəfərə yaxın işçi çalışır.

Xəbər lenti

Xəbər lenti