...

Azərbaycanda Böyük Britaniya vətəndaşına bıçaqla xəsarət yetirənlər həbs edilib

Siyasət Materials 5 Noyabr 2007 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bakıda Böyük Britaniya vətəndaşına bıçaqla xəsarət yetirənlər həbs edilib. Daxili İşlər Nazirliyinin (Dİ N) mətbuat xidmətindən bazar ertəsi bildiriblər ki, Böyük Britaniya vətəndaşına bıçaqla xəsarət yetirənlərin Qaraçuxur qəsəbə sakinləri Müşfiq Osmanov və Yelena Bünyatova olduğu müəyyənləşdirilib.

Hadisə noyabrın 2-nə keçən gecə Qaraçuxur qəsəbəsində "Mercedes" markalı avtomaşının sürücüsü münaqişə zəmnində sərnişini Böyük Britaniya vətəndaşı Ceyms Bornora bıçaqla xəsarət yetirib.

Faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti