...

Venesiya Komissiyasında hesab edirlər ki, Bakıda şikayətlərin həlli problemi üzrə "Dəyirmi masa"nın təşkil olunması yaxşı göstəricidir (video)

Siyasət Materials 7 Noyabr 2007 16:34 (UTC +04:00)
Venesiya Komissiyasında hesab edirlər ki, Bakıda şikayətlərin həlli problemi üzrə "Dəyirmi masa"nın təşkil olunması yaxşı göstəricidir (video)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ "Azərbaycanda seçki prosesi zamanı şikayətlərin həlli problemi üzrə hazırda dəyirmi masanın təşkil olunması faktı yaxşı göstəricidir" - deyə çərşənbə günü Bakıda Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov jurnalistlərə bildirib.

"Noyabrın 9-da baş tutacaq seçki komissiyasının heyəti üzrə ikinci "Dəyirmi masa" zamanı biz müxtəlif fikirlər eşitmək və onları müzakirə etmək istəyirik" - deyə Kuznetsov söyləyib. Onun sözlərinə görə, bu gün seçki prosesində maraqlı olanlar noyabrın 9-da müzakirə olunacaq fikir və təkliflərlə çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti