...

Prezident İlham Əliyev Azərbaycan Dövlət Layihə İnstitutunun bir qrup əməkdaşını təltif edib

Siyasət Materials 9 Noyabr 2007 18:57 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , Prezident İlham Əliyev Azərbaycan Dövlət Layihə İnstitutu əməkdaşlarının təltif olunması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan memarlığının inkişafındakı xidmətlərinə görə, bir nəfər "Şöhrət" ordeni, iki nəfər "Tərəqqi" medalı ilə təltif edilib. Prezidentin digər sərəncamı ilə, institutun 4 əməkdaşının xidmətləri "Əməkdar memar", 3 nəfərin əməyi " Əməkdar mühəndis" fəxri adları ilə qiymətləndirilib. Layihə institutunun əməkdaşı Ramiz Abuş oğlu Əliyev isə, prezidentin fərdi təqaüdünə layiq görülüb.

Xəbər lenti

Xəbər lenti