...

Bakı Şəhər Baş Polis İdarəsinə yeni rəhbər təyin olunur

Siyasət Materials 11 Noyabr 2007 12:56 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsinə yeni rəhbər təyin olunur

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlovun dediyinə görə, nazirliyin insan alverinə qarşı mübarizə idarəsinin rəisi Rafiq Abbasovun Bakı Şəhər Baş Polis İdarəsinə rəhbər təyin olunması gözlənilir. Onun sözlərinə əsasən, bu barədə sərəncam layihəsi artıq hazırdır və yaxın saatlarda nazir Ramil Usubov tərəfindən imzalanmalıdır.

2007-ci ilin yazınadək paytaxt polisinə uzun müddət rəhbərlik etmiş general Məhərrəm Əliyev hazırda Tacikistanda Azərbaycan səfiri işləyir.

Xəbər lenti

Xəbər lenti