...

Bakıya İsveçrə hökumətinin nümayəndə heyəti gələcək-- səfir

Siyasət Materials 12 Noyabr 2007 18:07 (UTC +04:00)
Bakıya İsveçrə hökumətinin nümayəndə heyəti gələcək-- səfir

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Azərbaycan və İsveçrə arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı noyabrın 14-15-də hər iki ölkənin hökumət nümayəndələri tərəfindən Bakıda müzakirə olunacaq. Danışıqlar Azərbaycan-İsveçrə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası zamanı baş tutacaq, bu barədə bazar ertəsi telefonla Cenevrədən Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyov məlumat verib.

İclasda iştirak etmək üçün çərşənbə axşamı Azərbaycana iqtisadiyyat nazirinin departament rəhbərinin başçılığı ilə, İsveçrə hökumətinin nümayəndəliyi gələcək. Azərbaycan tərəfi ilə danışıqlar zamanı nəqliyyat, energetika, bank və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Tərəflər iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi imkanlarını nəzərdən keçirəcəklər. Səfirin verdiyi məlumata görə, son zamanlar Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsinin artımının dinamikası müşahidə olunur. "Belə ki, əgər 2006-cı ildə ticarət dövriyyəsinin həcmi 28 mln. isveç frankı təşkil edibsə, bu ilin birinci rübündə üç dəfədən çox artaraq, 125 mln. isveçrə frankı (105 mln. dollara qədər) təşkil edib, ticarət dövriyyəsinin genişləndirilməsi üçün yaxşı perspektivlər var" - deyə səfir bildirib.

Bakıda keçirilən görüşlərdə Azərbaycan qazının Avropaya nəqli və İsveçrə şirkətlərinin bu layihədə iştirakı məsələsinə baxılacaq.

İsveçrənin "Elektrizitats-Gesellschaft Laufenburg" AG (EGL) energetika şirkəti hazırda Albaniya və İtaliya arasında qaz kəmərinin tikintisi layihəsi üzərində işləyir. Kəmərlə nəql olunacaq qaz böyük həcmdə Azərbaycan və İranda hasil olunacaq. "Layihə İsveçrə hökuməti tərəfindən dəstəklənib. İsveçrə hökuməti Avropaya qaz idxalı ilə bağlı dəhliz üzrə işlərə başçılıq edəcək ki, bu, Avropaya enerji daşımalarını diversifikasiya etməyə imkan verəcək" - deyə İsveçrənin energetika naziri Volter Steyman əvvəllər Trend ə verdiyi müsahibəsində bildirib.

Xəbər lenti

Xəbər lenti