...

Azərbaycan Respublikasının prezidenti Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Xıdır Saparlıyevi qəbul edib

Siyasət Materials 16 Noyabr 2007 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend /Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 16-da Prezident sarayında Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Xıdır Saparlıyevi qəbul edib.

Saparlıyev Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını Azərbaycan prezidentinə çatdırıb. O, Türkmənistanın dövlət başçısının tapşırığı ilə Türk Dövlət və Cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında iştirak etmək üçün Bakıya gəldiyini bildirib.

Azərbaycan prezidenti Əliyev Türkmənistan prezidentinin salamlarına görə minnətdarlığını bildirib və onun da salamlarını Türkmənistanın dövlət başçısına çatdırmağı xahiş edib..

Prezident Əliyev ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti