...

Türkiyənin baş naziri türk dövlətlərinin Daimi Katibliyinin yaradılmasını təklif edib (video)

Siyasət Materials 17 Noyabr 2007 13:23 (UTC +04:00)
Türkiyənin baş naziri türk dövlətlərinin Daimi Katibliyinin yaradılmasını təklif edib (video)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ilhamqızı, E.Hüseynli/ Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan türk dövlətlərinin Daimi Katibliyinin yaradılmasını təklif edib. "Türk dövlətlərinin işinin əlaqələndirilməsi üçün vahid bir qurumun yaradılması vacibdir-" şənbə günü Türk Dövlətlərinin Bakıda keçirilən XI Qurultayındakı çıxışında Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Bu gün Bakıda türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı işinə başlayıb. Qurultayda 30 ölkədən 550 nəfərədək qonaq, həmçinin Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Şimali Kiprin prezidenti və türkdilli dövlətlərin yüksək hökumət nümayəndələri iştirak edir. Qurultayın məqsədi türk dövlət və cəmiyyətləri arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, onlar arasında informasiya mübadiləsini və bir-birlərini daha yaxından tanımalarını təmin etmək, türk mədəniyyətinin zənginliklərini təbliğ etmək, iqtisadi inkişaf sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirən tədbirlər görmək və türk xalqlarının ümumi problemlərinin həlli yollarını birlikdə araşdırmaqdır.

Ərdoğanın təklifi türk dövlətlərinin rəsmi nümayəndələri tərəfindən müsbət qarşılanıb.

Xəbər lenti

Xəbər lenti