...

Azərbaycanda beynəlxalq hərbi tədbirlər keçirilir

Siyasət Materials 19 Noyabr 2007 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan ilə bəzi dövlətlər arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, bu gün Bakıda beynəlxalq seminarlar işinə başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend ə bildiriblər ki, Azərbaycan ilə Litva arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq "Silahlı Qüvvələrdə strukturun tətbiqi" üzrə seminar başlayıb. Seminar noyabrın 21-də başa çatacaq.

Bakıda, noyabrın 19-da həmçinin Azərbaycan ilə Belarus hərbçilərinin iştirakı ilə Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri sahəsində əməkdaşlıq məsələləri üzrə işçi görüş başlayıb. İşçi qrupun görüşü sabah başa çatacaq.

Azərbaycan ilə Ukrayna arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakıda hərbi təhsil sahəsində təcrübə mübadiləsi keçirilir. Müdafiə Nazirliyi keçirilən tədbirlərdə müzakirə olunacaq məsələlər barəsində geniş məlumat verməyib.

Xəbər lenti

Xəbər lenti