...

Mövcud Seçki Məcəlləsi ilə demokratik seçkilər keçirmək mümkündür- Azərbaycanın müxalifət lideri

Siyasət Materials 23 Noyabr 2007 12:27 (UTC +04:00)
Mövcud Seçki Məcəlləsi ilə demokratik seçkilər keçirmək mümkündür- Azərbaycanın müxalifət lideri

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda qəbul olunan Seçki Məcəlləsi ilə normal seçkilər keçirilə bilər. "Seçki Məcəlləsinə əlavə və dəyişikliklər etmədən demokratik seçkilər keçirmək mümkündür. Əsas məsələ seçkilərin demokratik keçirilməsinə şəraitin yaradılması və istəyin olmasıdır" cümə günü jurnalistlərə Azərbaycanın müxalif Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov bildirib.

Azərbaycanda gələn il oktyabrın 15-də prezident seçkiləri keçiriləcək. Bəzi müxalifət partiyaları, o cümlədən özündə üç müxalifət- Xalq Cəbhəsi, Liberal və Vətəndaş və İnkişaf partiyalarını birləşdirən "Azadlıq" bloku bəyan edib ki, seçki qanunvericiliyi təkmilləşdirilməsə, seçki komissiyaları paritet əsasda formalaşdırılmasa, prezident seçkilərini boykot edəcək. Noyabrın əvvəllərində Avropa Şurasının Venesiya Komissiyasının dəstəyi ilə Bakıda Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə bağlı keçirilən müzakirələrdə ortaq məxrəcə gəlinməyib.

Məmmədov deyib ki, seçkilərin demokratik keçirilməsi cəmiyyətin müqavimət gücündən asılıdır. Onun sözlərinə görə, cəmiyyətin müqavimət qüvvəsi kifayət qədər olmadığından, hakimiyyət müxalifətin Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı müxalifətin tələbləri ilə barışmır. "Cəmiyyət özünü təşkilatlandırmalıdır, yaşayış tələblərini müəyyənləşdirməlidir. Bu işdə xüsusilə cəmiyyətin üst qatı olan ziyalılar fəal iştirak etməlidir" müxalifət lideri əlavə edib. Məmmədov deyib ki, cəmiyyətin müqavimət gücü zəif olduğundan müxalifət partiyaları, o cümlədən AMİP-in də fəaliyyəti qənaətbəxş deyil.

AMİP Azərbaycanda ilk müxalifət partiyası kimi 1992-ci ildə dövlət qeydiyyatına alınıb, sağ-mərkəzçi partiyadır.

Xəbər lenti

Xəbər lenti