...

Azərbaycan prezidenti ölkənin siyasi qüvvələrini dialoqa çağırıb

Siyasət Materials 23 Noyabr 2007 13:00 (UTC +04:00)
Azərbaycan prezidenti ölkənin siyasi qüvvələrini dialoqa çağırıb

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Azərbaycan prezidenti, hakim Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev ölkənin siyasi qüvvələrini dialoqa çağırıb.

"Azərbaycanda siyasi münasibətlərin qabaqcıl təcrübəsini tətbiq etmək təkcə bizdən asılı deyil. Bu prosesdə bütün siyasi qüvvələr iştirak etməlidirlər. Ümid edirəm ki, bu əməkdaşlıqdan imtina edən qüvvələr başqa yolun olmadağını başa düşəcəklər" - deyə Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyinə həsr olunmuş tədbirdə İlham Əliyev bildirib.

Prezident əlavə edib ki, Azərbaycanda siyasi sistem təkmilləşdirilməli, siyasi münasibətlər mədəni istiqamətdə inkişaf etməli, əsassız ittiham və çəkişmələrə son qoyulmalıdır.

"Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi arenasında yeganə ciddi siyasi qüvvəyə çevrilib. Bizimlə rəqabət aparmaq istəyənlərin sayı tədricən azalır. Azərbaycanın siyasi arenasında artıq ənnəvi müxalifətə yer yoxdur" - deyə İlham Əliyev bildirib.

Yeni Azərbaycan Partiyası 1992-ci ildə yaradılıb. YAP-ın birinci sədri Azərbaycanın eks pezidenti Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti