...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Siyasət Materials 23 Noyabr 2007 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin noyabrın 22-də qiyməti 1 barel üçün 95,04 dollara çatıb. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə günü verilən məlumata görə, cümə günü neftin qiyməti çərşənbə gününə nisbətdə, 1 barrel üçün 0,21 dollar aşağı düşüb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın noyabrın 22-də qiyməti 1 barel üçün 94,04 dollara çatıb. Bu, əvvəlki qiymətdən 0,17 dollar aşağıdır.

Azərbaycan həmçinin neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Noyabrın 22-də URAL neftinin qiyməti 1 barel üçün 91,66 dollar təşkil edib. Bu da əvvəlkindən 0,44 dollar aşağıdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin noyabrın 22-də qiyməti 1 barel üçün 94,56 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,31 dollar aşağıdır.

Xəbər lenti

Xəbər lenti