...

Türkiyə parlamenti sədrinin Azərbaycana səfəri dekabrın sonlarında gözlənilir

Siyasət Materials 30 Noyabr 2007 16:45 (UTC +04:00)
Türkiyə parlamenti sədrinin Azərbaycana səfəri dekabrın sonlarında gözlənilir

Azərbaycan, Lənkəran / Trend , müxbir P.Əliyeva/ Türkiyənin Böyük Millət Məclisinin (Parlament) sədri Keksal Toptanın Azərbaycana səfəri dekabrın sonlarında gözlənilir. "Türkiyənin parlament sədrinin Azərbaycana rəsmi səfəri Qurban Bayramından sonra baş tuta bilər"- cümə günü Lənkəranda səfərdə olan Türkiyənin Azərbaycandakı səfir Hüseyn Avni Qarslıoğlu Trend in bölgə müxbirinin sualını cavablandırarkən bildirib.

Toptanın noyabrın 28-30-da Azərbaycana səfəri nəzərdə tutulmuşdu. Parlamentdən bildiriblər ki, səfər texniki səbəblərdən baş tutmayıb və qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Səfirin sözlərinə görə, Toptan Azərbaycana səfəri zamanı Azərbaycan parlamentinin sədri Oqtay Əsədovla görüşəcək.

Bu səfər Türkiyənin yeni parlament rəhbərinin xaricə birinci rəsmi səfəri olacaq.

Xəbər lenti

Xəbər lenti